Dövlət Gömrük Komitəsi bu il dövlət büdcəsinə əlavə olaraq 666 milyon manat vəsait ödəyib

Dövlət Gömrük Komitəsi bu il üçün nəzərdə tutulan plan-proqnozu noyabrın 5-də tamamlayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ildə dövlət büdcəsinə əlavə olaraq 666 milyon manat vəsait ödənib.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

Komitə sədri bildirib ki, cari ildə idxal 23 faiz, ixrac isə 5 faiz artıb:

“Bu il ərzində ixrac-idxal proseslərində aprel ayında artım, avqustda isə azalma müşahidə olunub”.

Rəylər

OXŞAR XƏBƏRLƏR