DİN-in əməliyyatıqanunsuz mərc oyunları həyata keçirən şirkət rəhbərləri saxlanıldı

Daxili İşlər Nazirliyi tərəfindən keçirilən əməliyyat-tədbiri nəticəsində daha bir dələduzluqla məşğul olan şirkət ifşa edildi.

Məlumatlara görə, həmin şirkətin əməkdaşları – Axundov Mehman, Quliyev Anar və Hüseynov  Rəvan 2018-ci ildən etibarən onlayn şəkildə qanunsuz olaraq qumarxana və mərc oyunları təşkil etmək məqsədilə “Caspi Tech” MMC təsis edib, maliyyə hesabatları üçün müxtəlif banklarda şirkətin adına hesablar açmışdır.

Faktla bağlı cinayət işi qaldırılaraq Mehman Axundov həbs edilmiş, cinayətkar qrup üzvlərindən Anar Quliyev və Rəvan Hüseynov isə ölkə hüdudlarından kənarda istintaqdan gizləndikləri üçün barələrində beynəlxalq axtarış elan edilmişdir.

Məhkəmə qərarı əsasında məlum olmuşdur ki, “Caspi Tech” MMC-nin bank hesabına qanunsuz olaraq qumarxana və digər qanunsuz idman mərc oyunlarından 1.092.165 manat daxil olmuşdur. Daxil olmuş vəsaitin 956.607 manatı xarici qumar saytlarına köçürülmüş, yerdə qalan 135.558 manat məbləğə isə həbs qoyulmuşdur.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rəylər

You may also like...