Dezinfeksiya işləri aparılan təhsil müəssisələrinin sayı açıqlanıb

Təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, dünən axşamadək 4250 təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, Azərbaycanda bütün təhsil müəssisələrində 3-9 mart tarixləri aralığında dərslər dayandırılıb. Bu müddətdə təhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq.

Rəylər

OXŞAR XƏBƏRLƏR