Daha iki taekvondoçumuz Avropa çempionatında mübarizəyə qoşulur

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə Avropa çempionatının ikinci yarış günündə daha iki idmançımız mübarizəyə qatılacaq.

Oxu.Az xəbər verir ki, kişilər arasında yarışlarda Xanoğlan Kərimov (-63 kq) və Cavad Ağayev (-68 kq) ölkəmizi təmsil edəcək.

Xanoğlan Kərimovun ilk rəqibi ukraynalı Boqdan Tikonov, Cavad Ağayevin isə rəqibi gürcüstanlı Beka Kavtaradze olacaq.

Qeyd edək ki, dünən Azərbaycanın taekvondo üzrə qadın millisinin üzvü Minayə Əkbərova (-46 kq) bürünc medal qazanıb. Bu, gənc idmançımızın böyüklər arasında keçirilən yarışlarda ilk ciddi uğurudur.

Rəylər

OXŞAR XƏBƏRLƏR