Daha bir ölkə COVID-19-un müalicəsində “Deksametazon”dan istifadəni təsdiqlədi

Yaponiyanın Səhiyyə Nazirliyi koronavirusun müalicəsində “Deksametazon”dan istifadəni təsdiqləyib.

“Kyodo” xəbər verir ki, Yaponiya Səhiyyə Nazirliyi yeni növ koronavirus xəstələrinin müalicəsində steroid preparat olan “Deksametazon”un istifadəsini məqsədəuyğun hesab edib.

Əlverişli qiyməti olan, asanlıqla əldə edilə bilən “Deksametazon” bir çox sahələrdə, o cümlədən, virus xəstəliklərində qəbul edilə bilər.

Xatırladaq ki, may ayında Yaponiyada COVID-19-un müalicəsi üçün “Remdesivir” dərmanı təsdiqlənmişdi.

Rəylər

OXŞAR XƏBƏRLƏR