“Coker” lider seçildi: 11 nominasiyada namizəd oldu

Todd Fillipsin “Coker” filmi Böyük Britaniyanın əsas kino mükafatı sayılan BAFTA nominasiyalarının sayına görə lider olub.

TASS xəbər verir ki, film 11 kateqoriyada, o cümlədən “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi” və “Ən yaxşı kişi obrazı” nominasiyalarında qələbəyə iddiaçı olub.

“Coker”in ardınca isə Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmi gəlib. Film 10 kateqoriya üzrə qələbəyə namizəd göstərilib.

İlk üçlüyü Sem Mendesin “1917” filmi qapayıb. Sözügedən film 7 nominasiya üzrə namizəd göstərilib.

Rəylər

OXŞAR XƏBƏRLƏR