Co Bayden Nyu-Yorkda fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Co Bayden Nyu-York ştatında güclü qar və çovğun səbəbilə fövqəladə vəziyyət elan edib.

Bu barədə bazar ertəsi Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ lideri təbii fəlakətə qarşı mübarizə üçün federal büdcədən vəsait ayırmaq barədə göstəriş verib.

Ştatın qubernatoru Keti Hokul qar yağmasını “tarixi hadisə” adlandırıb. O, həmçinin qarla mübarizəyə kömək etmək üçün Milli Qvardiya qüvvələrinin səfərbər edildiyini də bildirib.

Rəylər

OXŞAR XƏBƏRLƏR