Çində robotlar arasında mübahisə düşdü – VİDEO

Çinin şərqindəki Çzansi əyalətindəki kitabxanalardan birində iki robot köməkçi mübahisə edib.

QQ portalında onların mübahisəsinin videosu yayılıb.

Tutu və Vanbao adlı kitabxanaçı robotlar oxucuların ehtiyac duyduqları kitabları tapmağa kömək edir.

Ziyarətçilərdən biri sual vermək istədiyi zaman hər iki robot QR kod məlumatı oxuyub. Onlar ikisi də oxucuya kömək etmək istəyib və nəticədə köməkçilər arasında mübahisə başlayıb. Kadrlarda görünür ki, onlar bir-birlərinə doğru çevrilir, qısa dialoqdan sonra bir-birinə üz çevirirlər. Arxa planda qonaqların güldüyü eşidilir.

Axırda robot Vanbao günahını boynuna alaraq barışır. Buna cavab olaraq Tutu onu tez-tez əhval dəyişikliyində günahlandırsa da, yenə onu bağışlayır.

Rəylər

OXŞAR XƏBƏRLƏR