Çində partlayış: ölənlər və itkin düşənlər var

Çinin şimal-qərbindəki bir neft yatağında avtomobilin partlaması nəticəsində beş nəfərin öldüyü, beş nəfərin yaralandığı və üç nəfərin itkin düşdüyü bildirilib.

Bazar günü Mərkəzi Çinin bir texnologiya şirkəti Yançan bölgəsində neft şirkətinin iki quyusunda keçiriciliyi sınayıb. Testlər təxminən səhər 7-də başa çatıb. Bu zaman sahədən ayrılmaq istəyən mütəxəssislərin maşınında quraşdırılmış sınaq avadanlığı naməlum səbəbdən partlayıb.

Zərərçəkənlər xəstəxanaya aparılıb, itkinlərin axtarışı davam edir. Yerli hüquq-mühafizə orqanları hadisənin səbəbini araşdırır.

Rəylər

OXŞAR XƏBƏRLƏR