Çində koronavirusdan sağalanların sayı artır

Çində ötən gün ərzində 1318 nəfər koronavirusdan sağalıb.

TASS bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.

Bildirilir ki, ölkədə gün ərzində 7 nəfər isə koronavirusdan ölüb.

Ümumilikdə, Çində 80813 nəfər koronavirusa yoluxub, 64111 nəfər bu virusdan sağalıb. Ölü sayı isə 3176-dır.

Komitədən verilən məlumata görə, Hubey əyalətində son bir gündə virusa 5 yeni yoluxma hadisəsi qeydə alınıb.

Əyalətdə ümumi yoluxma sayı 66786-ya çatıb. Hubeydə ölənlərin sayı son bir gündə altı nəfər artaraq 3062 olub. Sağalanların sayının isə 1255 nəfər artaraq 51553-ə çatdığı bildirilir.

Rəylər

OXŞAR XƏBƏRLƏR