Ceyms Kemeron illərlə bu anı gözlədi, amma… – FOTO/VİDEO

Director James Cameron behind the scenes of 20th Century Studios' AVATAR 2. Photo by Mark Fellman. © 2022 20th Century Studios. All Rights Reserved.

Böyük maraqla gözlənilən “Avatar: Su Yolu” (“Avatar: The Way of Water”) filminin rejissoru Ceyms Kemeron bu axşam Los-Ancelesdə keçiriləcək filmin premyerasında iştirak etməyəcək. Səbəb onun koronavirusa yoluxmasıdır.

Bu barədə “Disney”in nümayəndəsi xəbər verib.

“Ceyms COVID-19-a yoluxub, amma o, özünü yaxşı hiss edir”, – deyə nümayəndə bildirib.

Qeyd edək ki, elmi-fantastik filmin ilk hissəsi 2009-cu ildə nümayiş olunub. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələri, Na’vi aləminə xətərli müdaxilə barədədir. Üç “Oskar” və bir “Qızıl Qlobus” mükafatını almış “Avatar” dünyanın ən gəlirli filmi olub.

Filmin davamı birinci hissədəki hadisələrdən on il sonra baş verənləri və Sallinin ailəsindən bəhs edir. Hekayəyə görə, əsgər Ceyk Salli avatara çevrildikdən sonra Na’vi xalqının lideri olur və yeni dostlarını Yerdən gələn muzdlu iş adamlarından qorumaq missiyasını üzərinə götürür.

Baş rolları Sem Uortinqton, Zoi Saldana, Stiven Lenq, Covanni Ribizi, Coel David Mur və Keyt Uinslet oynayırlar.

“Avatar: Su yolu” filmi isə hazırda “Ən yaxşı dram filmi” nominasiyası üzrə “Qızıl Qlobus” film mükafatına namizəddir.

Mənbə: The Hollywood Reporter

Rəylər

You may also like...