Çexiyada naməlum şəxs şossedə “Formula 1” bolidi ilə şütüyüb – VİDEO

Çexiyada Pribram şəhəri yaxınlığında naməlum sürücü “Ferrari” yarış avtomobili ilə ictimai şossedə hərəkət edib.

Polis sürücünün şəxsiyyətini müəyyən edə bilməyib.

Bolidin 2005-2016-cı illərdəki “Ferrari” komandasının avtomobillərinə bənzədiyi bildirilib.

Qeyd olunub ki, bu, bu avtomobillə bağlı ilk belə hal deyil. Eyni bolid 2019-cu ildə də həmin magistralda görünüb. O zamn da hüquq-mühafizə orqanları qanun pozucusunu tapa bilməyib.

Mənbə: gazeta.ru

Rəylər

You may also like...