“Cadugəri” küçənin ortasında çəkiclə döyə-döyə öldürdü – VİDEO

Rusiyada “cadugəri” qəddarcasına qətlə yetirən kişi saxlanılıb.

Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, hadisə Moskvada baş verib. Bir kişi yaşayış binasının həyətində küçədən keçən  kişiyə hücum çəkib, başından təpikləməyə başlayıb, sonra isə çəkiclə zərbələr endirib.

Zərərçəkən aldığı travmalardan hadisə yerində keçinib. Şübhəlinin özü isə İstintaq komitəsində ifadə verir.

İfadəsi zamanı 24 yaşlı Sankt-Peterburq sakini müstəntiqlərə bildirib ki, qabağındakı şəxsin cadugər olduğunu düşünüb və “pis ruhun” öhdəsindən belə gəlib.

Rəylər

OXŞAR XƏBƏRLƏR