Cəbhəçi Əlizamin Salayevin polisə qarşı qərəzinin təfərrüatı bilindi Xəstəxanada xəyanət – Şok səbəblər!

Postbaku gunxeber.com-a istinadən bildirir ki, bir neçə gündür sosial şəbəkələrdə tirajlanan Əlizamin Salayevlə bağlı maraqlı məlumatlar əldə olunub.

Məlumatlardan görünür ki, Əlizaminin polis orqanlarına qarşı acıqlı olması səbəbsiz deyilmiş.

Salyan rayonunda Əlizamini yaxşı tanıdığını bildirən və adının açıqlanmasını istəməyən yerli sakinlərdən biri bildirmişdir ki, əslində Əlizamin polis əməkdaşlarına qarşı belə qərəzli və acıqlı olmasının səbəbləri başqadır və biyabırçıdır.

Dediyinə görə Əlizaminin həyat yoldaşı Səidə Salyan xəstəxanasında tibb bacısı işləyir və biyabırçı olaylar da təqribən 1 il öncə baş verib. Səidə iş vaxtı xəstələrdən biri ilə tanışlıq münasibəti quraraq gecələr onunla telefonla əlaqə saxlamağa başlayıb. Arvadından şübhələn Əlizamin onu izləyib və günlərin birində Səidə gecə növbəsində olarkən onu tanış olduğu şəxslə xəstəxanada otaqların birində birgə tutub. Orada böyük münaqişə yaransa və xəstəxanaya zərər vurulsa da həmin gecə Əlizamini sakitləşdirə biliblər, eyni zamanda arvadının tanışı olan şəxs ona hədə qorxu gələrək susdurub. Bundan sonra rayon sakinləri içərisində biyabır olan Əlizamin həmin şəxsdən acıq çıxmaq məqsədilə onun guya İranın və digər xarici dövlətlərin agenti olması, öz dövlətini satması ilə bağlı polis orqanlarına şikayət edib. Lakin araşdırma zamanı dedikləri təsdiqini tapmadığından, onun arvadı ilə bağlı baş verənlərə görə həmin şəxsdən qisas almaq niyyəti üzə çıxdıqdan sonra məsələ dayandırılıb.

Sonrakı müddətdə Əlizamin bir neçə dəfə polis şöbəsinə gedərək səs-küy salıb, həmin şəxsin həbs olunmasına nail olmağa çalışsa da nəticəsi olmayıb. Məhz bundan sonra onun polis əməkdaşlarına qarşı aqressiv davranmağa başladığı bildirilir.

Məlumatı verən şəxs Səidə ilə bağlı xəstəxanada baş vermiş hadisənin rayonda çox adamın bildiyini qeyd etsə də biyabırçılığın qarşısının alınması üçün qabardılmadığı və ört-basdır edildiyini bildirmişdir.

Rəylər

OXŞAR XƏBƏRLƏR