BSAİ: “Azərbaycan daha peşəkar ordu ilə döyüşüb”

Sentyabrın sonunda Ermənistan və Azərbaycan arasında başlayan 44 günlük müharibə bütün dünya üzrə fəaliyyət göstərən analitk mərkəzlər, hərbi akademiyalar və ixtisaslaşmış mətbuatda geniş müzakirələrə yol açıb.

Bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun – BSAİ (International Institute for Strategic Studies) saytında dərc edilmiş məqalədə qeyd olunub.

“Dağlıq Qarabağ dərslərini Rusiya yolu ilə öyrənmək” adlı yazıda Rusiya analitiklərinə istinadən bildirilir ki, Ermənistanla müqayisədə Azərbaycan daha peşəkar ordu ilə döyüşüb.

“Azərbyacanın verdiyi canlı qüvvə itkisinin 30%-i 25-27 yaş aralığında olan şəxslərin payına düşür. Bu isə o deməkdir ki, rəsmi Bakı daha peşəkar, yaxın zamanlarda hərbi təcrübə keçmiş şəxslərdən ibarət ordu ilə döyüşüb.

Ermənistan ordusu isə əksinə, əsasən gənclər və qocalardan ibarət olub. Yaşlı zabitlər hərbi əməliyyatlara köhnəlmiş sovet taktikası ilə yanaşıblar. Onların bir çoxu PUA-ların tətbiq olunduğu döyüşlər sahəsində təcrübəyə malik deyillər”, – deyə yazıda bildirilib.

Həmçinin məqalədə Ermənistanın Rusiya tərəfdən Suriyadakı hərbi əməliyyatlara olduqca məhdud heyətlə qatılaraq, müasir döyüş taktikasını mənimsəmə fürsətini əldən verdiyi də qeyd olunur.

Rəylər

OXŞAR XƏBƏRLƏR