Britaniya Ukraynaya təkmilləşdirilmiş “Brimstone” raketlərini tədarük edib

Böyük Britaniya Ukraynanı əvvəllər göndərilmiş birinci nəsil “Brimstone” raketlərindən iki dəfə çox atış məsafəsinə malik təkmilləşdirilmiş yüksək dəqiqlikli “Brimstone 2” raketləri ilə təchiz edib.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Lazer təyinat sistemi ilə təchiz edilmiş raketlər ənənəvi olaraq Britaniyanın Hərbi Hava Qüvvələri tərəfindən “Tornado” və “Typhoon” qırıcılarından buraxılır, lakin Ukraynanın Hərbi Qüvvələri mobil işəsalma qurğuları kimi yük maşınlarından istifadə edir. Nəşr qeyd edib ki, 2016-cı ildə Kral Hərbi Hava Qüvvələrinin xidmətinə daxil olmuş bir “Brimstone 2” raketinin dəyəri təxminən 175 min funt sterlinq (207 min ABŞ dolları) qiymətləndirilir. Təyyarədən buraxılan raketin uçuş məsafəsi 60 km, yer platformalarından buraxıldıqda isə təxminən 12 km-dir.

Rəylər

OXŞAR XƏBƏRLƏR