Britaniya səfirindən 20 Yanvar AÇIQLAMASI

Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Oxu.Az-ın məlumatına görə, səfir Azərbaycan xalqının artıq 30 ildir Qanlı Yanvar şəhidlərinin xatirəsini ehtiramla andığını deyib.

O bildirib ki, Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynayıblar.

“Böyük Britaniya hökuməti və öz adımdan Azərbaycan xalqına və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığımı çatdırıram. Bu faciədə həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq”, – deyə səfir bildirib.

Rəylər

OXŞAR XƏBƏRLƏR