“Boz” “iPhone”lar haqqında bilməli olduğunuz hər şey – Şübhəli qənaət

Yeni “iPhone” almağa qərar vermisiniz? Şübhəsiz ki, telefonu qeyri-rəsmi satıcılardan daha ucuz almaq fikri də mütləq keçir. Qənaət əlbəttə ki yaxşıdır. Ancaq müsbət və mənfi cəhətləri dəyərləndirmək daha yaxşıdır. Qeyri-rəsmi satıcılardan alınan “iPhone”ların əsas və bəlkə də yeganə üstünlüyü təbii ki, daha sərfəli qiymətə satılmalarıdır. Bütün mənfi cəhətlər haqqında isə bu məqalədə oxuyun.
“Ağ” və “boz”. Fərq nədədir?
“Ağ” və ya rəsmi qadjetlər dedikdə “Apple” brendinin Azərbaycandakı rəsmi resellerlərində satılan cihazlar nəzərdə tutulur. Onların rəsmi satış müqaviləsi var və hətta zəmanət xidməti çərçivəsində “iPhone”u pulsuz təmir edə bilirlər.
“Boz” dedikdə isə ölkəyə ölkəyə qeyri-qanuni, əksər hallarda qaçaqmalçılıq yolu ilə gətirilən telefonlar nəzərdə tutulur. Bəzi hallarda saxta cihazlardan gedir. Ancaq başqa bir variant da mümkündür – məhsul orijinaldır, lakin başqa ölkədə satış üçün nəzərdə tutulub. Kimsə düşünə bilər ki, burda narahatçılığa heç bir səbəb yoxdur, çünki “iPhone” haradan gətirillməsindən asılı olmayaraq “iPhone” olaraq qalır. Ancaq qeyri-rəsmi təchizatçının sizə heç vaxt deməyəcəyi nüanslar var.
Rəsmi zəmanətin olmaması
Rəsmi resellerlərin əsas üstünlüklərindən biri istehsalçı zəmanətidir. Azərbaycanda bu məhsullara 12 aylıq zəmanət verilir. Problem yarandıqda rəsmi “iSupport” xidmət mərkəzinə müraciət edə bilərsiniz, orada cihazı orijinal ehtiyat hissələrindən istifadə olunmaqla təmir edəcəklər. Yeri gəlmişkən, bütün mütəxəssislər məcburi “Apple” sertifikatlaşmasından keçirlər. Bəzi hallarda, təmir müddətində sizin qadjet “əvəzetmə fondundan” başqa cihazla əvəz olunacaq.
Qeyri-rəsmi satıcılarda, əlbəttə ki, bu, çətin ki mümkün olsun. Ən yaxşı halda sizə smartfonu təmir etmək təklif olunacaq. Həm də ödənişli şəkildə!!! Bu halda orijinal ehtiyat hissələrindən istifadə ediləcəkmi? Cavab bəllidir. Problemin ciddi olduğu ortaya çıxarsa, qeyri-rəsmi məhsul satıcıları təmir işləri ilə məşğul olmaq istəməyə də bilərlər. Uğursuzluğun istifadəçinin günahı ucbatından baş verdiyini “ekspertiza zamanı müəyyən etmək” daha asandır.
Beləliklə, alışda qənaət edərək, daha sonra daha çox pul itirə bilərsiniz. Nəzərə almaq lazımdır ki, “Apple” yalnız ilkin olaraq satış həyata keçirildiyi ölkədə zəmanət xidməti göstərir. Yəni ABŞ-da alınan telefon zəmanətlə yalnız orada təmir oluna bilər.
“iPhone”un regional xüsusiyyətləri
İlk baxışdan elə görünə bilər ki, iPhone-lar hər yerdə eynidir. Bəs niyə Çində telefon almayaq, axı o ucuzdur? Əslində müxtəlif ölkələr üçün nəzərdə tutulan iPhone-un özünəməxsus xüsusiyyətləri var. Məsələn, Yaponiyanın iPhone modellərində kameranın çəkiliş səsini söndürmək mümkün deyil ki, çəkilən şəxsin xəbəri olmadan heç kim şəkil çəkə bilməsin. Amma Avropa “almalı” smartfonlarında Aİ qanunvericiliyinin tələb etdiyi kimi qulaqlıqlarda maksimal səs həddi mövcuddur.
ABŞ-dan olan “iPhone 14” fiziki sim kartları dəstəkləmir, hətta onlar üçün slot belə nəzərdə tutulmayıb. Yalnız eSIM istifadə edilə bilər. Çində “eSIM” ümumiyyətlə qadağandır, burada alıcılara iki sim yuvası olan model təklif olunur. Asiya, xüsusən də Tayvan “iPhone”larının alıcıları tez-tez rabitə keyfiyyətinin aşağı olmasından və LTE-nin olmamasından şikayətlənirlər. Və bu təəccüblü deyil, çünki həmin ölkələrdə fərqli tezlik standartları mövcuddur. BƏƏ-dən bir cihazla qarşılaşsanız isə, “FaceTime” ilə bağlı problemləri gözləyin.
Beləliklə, başqa ölkədən gətirilən “boz” iPhone alışı həmişə hansı məhdudiyyətin bəxtinizə çıxacağını bilmədiyiniz lotereyadır. Yeri gəlmişkən, əcnəbi “iPhone”da sizi gözləyə biləcək başqa bir xoşagəlməz sürpriz, şarj cihazının vilkasının fərqli standartıdır (əgər o, ümumiyyətlə komplektə daxil edilirsə). Əlbəttə ki, hər zaman bir keçirici ala bilərsiniz, ancaq vaxtınızı, qüvvənizi və pulunuzu itirəcəksiniz.
“Bağlı” smartfonlar
Bəzi ölkələrdə konkret operatorun SİM kartı ilə işləyən “iPhone”lar satılır. Onların qiyməti adətən aşağıdır ki, “boz” malların hiyləgər satıcıları da bundan tez-tez istifadə edirlər.
Bəxtiniz gətirsə, artıq “kiliddən açılmış” “iPhone” alacaqsınız – bu əməliyyatdan uzun müddətdir ki, istifadə edirlər. Bununla belə, bu, ən uyğun olmayan anda cihazınızın ekranında SİM kartın etibarsız olduğu barədə bildirişin görünməyəcəyinə zəmanət vermir.
Bəxtiniz bir qədər az gətirsə, satıcıdan sadəcə istifadə edə bilməyəcəyiniz bir smartfon alacaqsınız. Və nəyisə sübut etmək asan olmayacaq, axı məhsulu əldə etmişiniz, o keyfiyyətlidir və elan edilmiş xüsusiyyətlərə uyğundur (əlbəttə ki, təsvirin özündə iPhone-un belə bir xüsusiyyətini qeyd etməyə bilərlər).
Ayrı bir kədərli hekayə operatorlar tərəfindən bloklanan devayslardır. Alverçilər xaricdə kreditlə telefon götürürlər, sonra Azərbaycanda tam qiymətinə satırlar. Kreditin ödənilməməsinə görə operator tərəfindən bloklanana qədər “iPhone”dan bir neçə ay istifadə edirsiniz. Bir az qənaət edərək siz heç bir şeysiz qalırsınız.
Bərpa edilən cihazlar və ehtiyat hissələrdən yığılan iPhone-lar
Ucuz “boz” iPhone alarkən, tamamilə yeni bir cihaz əldə etməməyiniz ehtimalı yüksəkdir. Daha doğrusu, bərpa edilmiş (refurbished) cihaz alacaqsınız. Əvvəlki sahibi nədənsə (əksər hallarda nasazlıq səbəbilə) onu satıcıya qaytarıb. Mütəxəssislər onu təmir edib, korpusu, displeyini, akkumulyatorunu dəyişib, sonra dəyərindən aşağı qiymətə satıblar.
Ümumiyyətlə, təmirdən xəbərdarsınızsa və şüurlu şəkildə refurbished alırsınızsa, bu sxemdə pis bir şey yoxdur. Ancaq tez-tez alverçilər bu cür qadcetləri yeni adı altında satırlar. Həm də tam qiymətə. Təmirin hansı müddətə kifayət edəcəyi isə – sirrdir. Daha da pisi odur ki, “AliExpress”dən əldə edilən ehtiyat hissələrdən naməlum ustalar tərəfindən yığılmış iPhone qismətiniz ola bilər. Təsadüfi deyil ki, “YouTube”da onun əl ilə necə yığıldığına dair yüzlərlə video mövcuddur.
Orijinal “iPhone”: hardan almaq və necə yoxlamaq
Yuxarıda göstərilən problemlərdən qaçmağın yeganə zəmanətli yolu iPhone-u rəsmi resellerlərdən almaqdır. Onların siyahısı ilə Apple saytında, eləcə də Azərbaycanda səlahiyyətli xidmət mərkəzinin – isupport.az saytında tanış olmaq mümkündür. Əsas səhifədə nə aldığınızı yoxlaya bilərsiniz – zəmanətli yeni orijinal gadget, təmir edilmiş və ya işlənmiş cihaz və ya qarşınızda saxta məhsuldur. Bunu etmək üçün cihazın IMEI-ni daxil etmək kifayətdir.
*IMEI – mobil avadanlıq üçün unikal beynəlxalq identifikator olan 15 rəqəmli nömrədir. Onu korpusun arxasında, SİM kart yuvasında, qutunun üzərində, həmçinin “Parametrlər – Əsas – Bu cihaz haqqında” menyusunda və * # 06 # tələbi ilə tapa bilərsiniz. Bütün bu yerlərdə iPhone-dakı IMEI nömrəsi eyni olmalıdır.
“Boz” satıcılardan yeni iPhone almaq həmişə riskdir. Bir az pula qənaət etmək üçün buna getməyə hazırsınız? Sürprizlər istəmirsinizsə, Azərbaycanda səlahiyyətli Apple resellerlərindən birinə müraciət edin: iSpace, Kontakt Home, Baku Electronics, Irshad, Maxi.az, Myshops, Bytelecom, Soliton, Azercell.
Ağılla alın – zövqlə istifadə edin!





