Boris Conson 23 ölkənin imtina etdiyi vaksini vurduracaq

23 ölkə qan laxtalanmasına səbəb olduğu iddiası ilə “AstraZeneca” peyvəndindən imtina etsə də, Böyük Britaniyanın Baş naziri Boris Conson həmin vaksindən vurduracaq.

İHA məlumat verir ki, bu barədə britaniyalı nazir özü açıqlama verib.

O bildirib ki, koronavirusa qarşı Oksford Universiteti və Britaniya-İsveç ortaq əczaçılıq şirkəti “AstraZeneca” tərəfindən hazırlanan peyvəndin ilk dozasını çox yaxın zamanda qəbul edəcək.

Qeyd edək ki, Avropa Dərman Agentliyi (EMA) sözügedən peyvəndlə qan laxtalanması arasında bir əlaqə olub-olmadığını araşdırmağa davam edir.

Rəylər

OXŞAR XƏBƏRLƏR