Beş gün ərzində Qarabağda 30 mina aşkar edildi – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

Agentlikdən verilən məlumata görə, oktyabrın 4-dən 9-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 28 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 35 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 18,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Rəylər

OXŞAR XƏBƏRLƏR