Bayden Rusiyadan enerji idxalını qadağan edən qanunu imzalayıb

ABŞ Prezidenti Co Bayden Ukraynadakı vəziyyət fonunda Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırmaq haqqında, habelə Rusiyanın enerji idxalını qadağan edən qanun layihələrini imzalayıb.

Bu barədə Ağ Evdən bildirilib.

ABŞ administrasiyasının geniş yayılmış bəyanatına görə, söhbət Rusiya Federasiyasından enerji tədarükünü qanuni olaraq qadağan edən “Rusiya neftinin idxalının dayandırılması haqqında qanun”dan, habelə kommersiya sahəsində məhdudiyyətlərin daha da sərtləşdirilməsinə yönəlmiş “Rusiya və Belarus ilə normal ticarət əlaqələrinin dayandırılması haqqında qanun”dan gedir.

Normal ticarət əlaqələrinin dayandırılması, öz növbəsində, ABŞ administrasiyasına digər ÜTT üzvləri ilə müqayisədə daha yüksək rüsum tətbiq etməyə imkan verir. Bu tədbir 2024-cü ilin əvvəlinə qədər qüvvədə olacaq.

Mənbə: RİA Novosti

Rəylər

OXŞAR XƏBƏRLƏR