Bayden Ağ Evdəki vəzifələrə namizədləri açıqladı: Kəşfiyyat rəhbəri ilk dəfə qadın ola bilər

ABŞ-ın seçilmiş prezidenti Co Baydenin qərargahı prezident administrasiyasında əsas postlar üzrə namizədlərin adlarını açıqlayıb.

Bu barədə “Meduza” məlumat yayıb.

Co Bayden Dövlət Departamentinin rəhbəri vəzifəsinə əvvəllər Barak Obamanın administrasiyasında dövlət katibinin müavini kimi çalışmış Entoni Blinkeni namizəd göstərmək istəyir.

Namizədlər siyahısında həmçinin yer alıblar:

Ceyk Sallivan – milli təhlükəsizlik məsələləri üzrə müşavir;

Evril Heyns – ABŞ-ın milli kəşfiyyat direktoru;

Alexandro Mayorkas – daxili təhlükəsizlik naziri;

Linda Tomas Qrinfild – ABŞ-ın BMT-dəki daimi nümayəndəsi;

Con Kerri – ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi elçisi vəzifəsinə namizəd göstərilib.

Evril Heyns ABŞ-ın milli kəşfiyyatına rəhbərlik edəcək ilk qadın, kuba əsilli Alexandro Mayorkas isə Daxili Təhlükəsizlik Nazirliyinin rəhbərliyində ilk latın amerikalı olacaq.

Rəylər

OXŞAR XƏBƏRLƏR