Bayden: “ABŞ-ın Əfqanıstan missiyası öz məqsədinə çatıb”

ABŞ prezidenti Co Bayden Əfqanıstanda baş verən proseslərlə bağlı çıxış edib.

“RİA Novosti” xəbər verir ki, dövlət başçısı ABŞ-ın bu ölkədəki 20 illik missiyasının öz məqsədinə çatdığını bəyan edib.

Prezident başlıca hədəfin bir daha bu ölkədən ABŞ-a hücum edilməsinə yol verməmək olduğunu bildirib.

Baydenin sözlərinə görə, ABŞ-ın Əfqanıstanda qalması ciddi itikilərlə müşayət oluna bilərdi. Məhz bu səbəbdən də ölkəni tərk etmək qərara alınıb və o, sözügedən qərardan peşman deyil. Halbuki, Rusiya və Çin kimi dövlətlər ABŞ-ın daha böyük zərərə uğraması üçün Əfqanıstanda bir qədər də qalmasını istəyib.

Dövlət başçısı “Taliban”ın ildırım sürətilə uğur qazanmasının ABŞ üçün gözlənilən olduğunu qeyd edib.

Rəylər

OXŞAR XƏBƏRLƏR