Bakutel-2019: tanınmış robotlar beynəlxalq sərginin iştirakçısı olacaq – FOTO

25-ci yubiley “Telekomunikasiyalar, innovasiyalar və yüksək texnologiyalar” Beynəlxalq Sərgisində (Bakutel-2019) dünyada şöhrət tapmış robotlar təqdim olunacaq.

Sərgi 3-6 dekabr tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək.

Sərginin “Robopark” lahiyəsi cərçivəsində “Pepper Humanoid”, rəssam-robot, pianoçu-robot və uçan astronavt-robot nümayiş olunacaq.

Burada həmçinin dron və güləş yarışması keçiriləcək, eləcə də kosmo-zolaq və 20-dən artıq interaktiv bölüm fəaliyyət göstərəcək.

Rəylər

OXŞAR XƏBƏRLƏR