Bakıda yeniyetmələrə tütün məmulatları satan mağaza satıcıları cərimələniblər

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktı aşkar edilib.

Həmin mağazaların satıcıları – R.Allahyarov və A.Səmədova barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Rəylər

OXŞAR XƏBƏRLƏR