Bakıda təlim avtomobili hərbi maşının altına girdi: avtomobildə qadınlar olub – FOTO

Bakıda xanım sürücünün idarə etdiyi təlim maşını qəzaya düşüb.
AZXEBER.COM avtosfer.az-a istinadən bildirir ki, hadisə Neftçilər prospektində baş verib. “KIA” markalı, 90 NS 734 dövlət nömrə nişanlı avtomobil öz zolağında hərəkət edən hərbi yük avtomobilinin qarşısına çıxıb. Nəticədə hərbi maşın minik avtomobilini vurub.
Qəza zamanı qadın təlimçi xəsarət almasa da, onun təlim keçdiyi xanım yüngül yaralanıb. Avtomobilə isə xeyli ziyan dəyib.
Hadisə yerinə gələn DYP əməkdaşları hər iki xanıma köməklik göstəriblər.
Faktla bağlı araşdırma aparılır.

 

Rəylər

OXŞAR XƏBƏRLƏR