Bakıda polis körpənin həyatını xilas etdi – VİDEO

Yol polisləri vəziyyəti pisləşən uşağı təcili xəstəxanaya çatdıraraq onun həyatını xilas ediblər.

BAKU.WS xəbər verir ki, Xəzər TV həmin hadisənin görüntülərini əldə edib.

Yol polisi sürətlə digər maşınları ötüb keçməyə çalışır. Ancaq bu dəfə hansısa qayda pozanı saxlamaq üçün yox, maşındakı uşağı xəstəxanaya çatdırmaq üçün səy göstərilir.

Görüntülər dünən saat 16 radələrində Bakı-Sumqayıt yolunda qeydə alınıb. Xəstə uşağını həkimə aparmaq istəyən valideyn yol tıxac olduğu üçün çarəsiz qalıb və kömək üçün yol polislərinə müraciət edib. Həmin görüntüdəki polislər hadisənin təfərrüatlarını danışıblar.

Yol polislərinin dediyinə görə, xəstəxanaya apardıqları uşağın ürəyində narahatlıq yaranıb. Ancaq həkimlərin müdaxiləsindən sonra onun vəziyyəti yaxşılaşıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR