Bakıda kirayə mənzillər ucuzlaşıb

Bakıda mart ayında kirayə mənzil bazarında qiymətlərdə ucuzlaşma qeydə alınıb.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, mart ayında Bakıda kirayə mənzil qiymətləri 6.6 faiz ucuzlaşıb.

Ekspertin sözlərinə görə, ucuzlaşmanın səbəbi pandemiya ilə əlaqədar olaraq kirayə mənzillərə tələbatın azalmasıdır.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq ali təhsil müəssələrinin işləməməsi, xarici ölkələrdən turistlərin gəlməməsi nəticəsində kirayə mənzillərə tələbat xeyli azalıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR