Bəbiri yemək istəyən nəhəng piton şikara çevrildi – VİDEO

Keniyanın Masai Mara qoruğunda turistlər bəbir və piton arasında qarşıdurmanın şahidi olublar.

Bu barədə kadrlar “YouTube”da “Kruger Sightings” kanalında dərc olunub.

Kadrlardan görünür ki, bəbir yerdə sürünən Heroqlif pitonuna yaxınlaşır. İlan birdən hücum edərək, onu sıxmağa başlayır. Lakin bəbir fantastik çeviklik göstərərək, pitonun ağuşundan çıxa bilir.

Qarşıdurmanın sonu ilanın məğlubiyyəti ilə bitsə də, bəbir də yaralanır. Turistlərin sözlərinə görə, o ərazidən uzaqlaşarkən axsayırmış.

Heroqlif pitonu dünyanın ən iri ilanları siyahısında ilk dördlükdədir. Onlar altı metrə qədər uzunluğa malik olurlar. Bu ilanların şikarları arasında Nil timsahları və hətta bəbirlər də var.

Rəylər

OXŞAR XƏBƏRLƏR