“Azeri Light” nefti cüzi bahalaşdı

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,14% artaraq 87,34 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.