Azərbaycanlı turistlərin Gürcüstanda xərclədiyi vəsait məlum olub

2022-ci ildə Gürcüstana səfər edən azərbaycanlı turistlər bu ölkədə 100 milyon dollara yaxın pul xərcləyiblər.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının araşdırmasında qeyd olunub.

Araşdırmaya əsasən, 2022-ci ildə Gürcüstanda ən çox pul xərcləyənlər Rusiyadan olan turistlərdir.

Belə ki, ötən il rusiyalı turistlər Gürcüstanda 891 milyon dollar pul xərcləyiblər.

İkinci yerdə Türkiyədən olan turistlərdir – 399,4 milyon dollar.

Əlavə edək ki, Gürcüstanın 2022-ci il üçün turizm gəliri 3,5 milyard dollardan təşkil edib.

Mənbə: Newsgeorgia

Rəylər

OXŞAR XƏBƏRLƏR