Azərbaycanlı futbolçu və məşqçi orduya könüllü yazıldı – FOTO

Gündən-günə Azərbaycan Ordusunda könüllü şəkildə xidmət etmək istəyənlərin sayı artır.

Oxu.Az xəbər verir ki, orduya könüllü şəkildə yazılanlar arasında azərbaycanlı idmançılar da var.

Bunlardan biri millimizin sabiq futbolçusu, “Sumqayıt” klubunun yeni üzvü Elvin Məmmədovdur.

Bu gün 32 yaşını qeyd edən, Tovuzda anadan olmuş futbolçu onlayn şəkildə elektron müraciət formasını doldurub.

Həmçinin, kikboksinq üzrə məşqçi, kunq fu üzrə dünya çempionu Anar Süleymanov bu üsulla qeydiyyatdan keçib.

Qeyd edək ki, daha əvvəl MMA döyüşçüsü Aqşin Babayev Salyan rayonundakı hərbi komissarlığa gedərək, könüllü şəkildə müharibəyə getmək üçün müraciət etmişdi.

Rəylər

OXŞAR XƏBƏRLƏR