Azərbaycanlı döyüşçü “Bellator”da debüt edib, “Şoumen”i məğlub etdi – VİDEO

İsrailin paytaxtı Təl-Əvivdə “Bellator 234” döyüş gecəsi baş tutub.

Oxu.Az-ın xəbərinə görə, UFC-dən sonra ikinci mötəbər MMA yarışı sayılan “Bellator”da iki azərbaycanlı döyüşçü debüt edib.

Vüqar Kərəmov bu sınaqdan üzüağ çıxıb. O, birinci raundda “Şoumen” ləqəbli braziliyalı Qustavo Vurlitseri döyərək məğlub edib.

Bu, Vüqarın MMA-da 14-cü qələbəsi olub. O, ardıcıl 10-cu görüşdə yenilməzliyini qoruyub-saxlayıb.

Ukrayna adından çıxış edən digər azərbaycanlı Zəka Fətullazadə isə birinci raundda “anakonda” boğulma fəndi ilə yerli idmançı Aviv Qozaliyə uduzub.

Qeyd edək ki, gecənin əsas döyüşündə 39 yaşlı rusiyalı Sergey Xaritonovla ingiltərəli Linton Vasel arasında baş tutub. 36 yaşlı Vasel təcrübəli həmkarını ikinci raundda yumruqla döyərək təslim olmağa vadar edib.

Rəylər

OXŞAR XƏBƏRLƏR