Azərbaycanın iki MMA idmançısı bu gün döyüşə çıxır – FOTO/VİDEO

Bu gün Azərbaycanın iki MMA idmançısı xaricdə döyüşə çıxacaq.

Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvada gürcü əsilli idmançı Mixail Qoqitidze ilə “Fight Nights Global” kəmərini qorumaq üçün mübarizə aparacaq.

Ardıcıl doqquz döyüşdə qalib gələn Nəriman Abbasovun rəqibi özündən beş yaş böyükdür. “Fight Nights Global 98” turniri bu gün saat 21:30-dan etibarən “İdman TV” vasitəsilə canlı göstəriləcək.

Bundan başqa, “Döyüşçü” ləqəbli idmançımız Aqşin Babayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə yarışa çıxacaq. Orada açıq havada “UAE Warriors 13” turniri keçiriləcək.

Aqşin Babayevin indiyədək 21 qələbəsi və 6 məğlubiyyəti var. Onun rəqibi Cənubi Koreyadan olan Ci Bum Mundur.  “Mişar” ləqəbli asiyalı döyüşçü indiyədək peşəkar MMA karyerasında 9 dəfə qələbə qazanıb, 4 dəfə uduzub.

Rəylər

OXŞAR XƏBƏRLƏR