Azərbaycanda nazirlik Çindəki tədbirləri təxirə saldı – Koronavirusa görə

January 21, 2020, Wuhan, Hubei, China: The medical staff wearing protection suit and fight with the novel coronavirus epidemic in Wuhan,Hubei,China on 21th January, 2020. (Credit Image: © TPG via ZUMA Press)

“Koronavurisla bağlı hazırda qlobal çətinliklər var”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

O qeyd edib ki, koronavirus təhlükəsinə görə AZPROMO Çində martda keçiriləcək tədbirləri təxirə salıb.

Y.Abdullayev vurğulayıb ki, bizim üçün önəmli olan Asiya bazarları prioritet olaraq qalır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 83 906 nəfər təşkil edir.

Rəylər

OXŞAR XƏBƏRLƏR