Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 159 yeni yoluxma – FOTO

Azərbaycanda son sutkada koronavirusa 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 230 455 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 223 807 nəfər müalicə olunaraq sağalıb, 3 141 nəfər vəfat edib, aktiv xəstə sayı 3 507 nəfərdir.

Ölkədə son sutka ərzində 7 713, hazırkı dövrədək isə 2 419 747  test aparılıb.

Rəylər

OXŞAR XƏBƏRLƏR