Azərbaycanda 19 490 nəfər koronavirusdan sağalıb

Hazırkı dövrədək ölkəmizdə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib:

“Onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 037 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817, ötən müddət ərzində isə 634 698 test aparılıb”.

Rəylər

OXŞAR XƏBƏRLƏR