Azərbaycan yeni parlamentini seçir

Bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Oxu.Az-ın məlumatına görə, səsvermə 08:00-dan etibarən başlayır və saat 19:00-a qədər davam edəcək.

Seçkilərdə 125 seçki dairəsi üzrə 1314 nəfər deputatlığa namizəd mübarizə aparır. Seçki 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsində keçiriləcək.

Rəsmi məlumata görə, Azərbaycanda Milli Məclisə seçkilərdə 5 milyon 329 min 460 nəfər şəxsin səsvermə hüququ var.

Seçkilərlə əlaqədar 77 790 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir.

Seçkilərlə bağlı 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Rəylər

OXŞAR XƏBƏRLƏR