Azərbaycan ötən ay 28 min ton neft koksu ixrac edib

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 28,1 min ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 1,685 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracdakı payı 0,1% olub.

Rəylər

OXŞAR XƏBƏRLƏR