Azərbaycan ordusu erməniləri səhvə məcbur etdi – Dünya bunu da bağışlayacaq?

Özlərini təcavüz qurbanı kimi göstərib, quyruqları qapı arasında qalan kimi dindaşlarına xristianlıq pərdəsi altında yalvararaq kömək istəyən Ermənistan əsrlərdir uydurduğu tarixi yalanlarını “etiraf” etməyə başlayıb. “Qarabağ Ermənistandır” deməklə xalqını məhvə aparan Nikol Paşinyanın son çırpıntıları nəinki regionda aşkar görsənir, hətta “anaları” Kim Kardaşyanın yaşadığı okeanın o tayına, Amerikaya qədər gedib çıxır. Təbliğat maşınları saxtakarlıq, yalan, uydurma üzərində qurulan Ermənistan indi əsrlərdir etdiyi səhvlərinin cəzasını çəkməyə başlayıb. Paşinyan köklərinin çox qədimə söykəndiyini bildirməklə müxtəlif zamanlarda Azərbaycana, Türkiyəyə, Gürcüstana qarşı torpaq iddiaları ilə çıxış edən həyasız hayların əcəlinə çevrilib.

Qədimdən erməni adlandıqlarını və Ermənistan dövlətinin tarixi kökləri olduğunu bildirən düşmən, o zaman niyə özlərinə hay, ölkələrinə isə Hayastan dedikləri barədə suala hələ də cavab tapa bilmirlər.

Tarixdə heç vaxt erməni dövləti, erməni adında xalq olmadığı halda hər yerdə guya 9000 illik dövlətçilik tarixləri olduğu barədə danışan hayları elə öz tarixşünasları dünya qarşısında rüsvay etdi. “Tarixdə heç vaxt erməni dövləti, erməni adında xalq olmayıb”, – deyən erməni tarixşünas Filipp Ekozyants faktlarla ermənilərin dini icma olduğunu bildirib: “Ermənistan coğrafi məkanın adı olub. Burada heç bir dövlətdən söhbət gedə bilməz. Ermənilər qədim xalq olduğunu bildirir və buna sübut kimi əlifbalarının olduğunu göstərirlər. İtaliya, Fransa və digər ölkələrin arxivləri göstərir ki, Avropa və Ön Asiyada o dövrdə heç bir xalqın əlifbası olmayıb. Əlifbalar ancaq dini icmalara, sektalara məxsus olub. Osmanlı və İran ərazisində yaşayan xristian icmalarının əlifbaları olub. XVl əsrə qədər erməni dilinin mövcudluğu haqda heç bir tarixi fakt mövcud deyil. Erməni dili və əlifbasi ermənilərin birinci yalanıdır!”

3 əsr bundan öncə başladıqları ambisiyanı bu gün də davam etdirən ermənilər Azərbaycanla apardıqları haqsız savaşda da özlərini hər vəchlə təcavüzün qurbanı kimi göstərməyə can atırlar.

Düşmənin əsl simasını göstərən savaş

Sentyabrın 27-də təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutaraq mülki vətəndaşlarımızı və hərbi qulluqçularımızı qətlə yetirən Ermənistan silahlı birləşmələrini o gün bu gün nə qələt etdiklərinin peşmançılığı da xilas edə bilməyəcək. Azərbaycan ordusunun dünya hərb dərsliklərinə düşəcək uğurlu əməliyyatları qarşısında Paşinyanın necə sınıxdığını elə ötəngünkü xalqa etdiyi “Məğlubiyyəti etiraf” müraciətində də gördük.

Lakin məsələ bu deyil. Bu əks-hücum əmliyyatı özlərinin dedikləri kimi Ermənistanın 9000 illik dövlətçilik tarixləri olduğu barədə yalanlarını yerlə bir etdi. Belə ki, döyüşlər göstərdi ki, Ermənistan Azərbaycanla müharibə aparmaq üçün nə iqtisadi, nə mənəvi, nə də insan resurusu potensialı baxımından rəqibdir.

Bu günə kimi müxtəli mənbələrdən əldə olunan məlumata görə, 6 mindən çox canlı qüvvəsi məhv edilən Ermənistan ordusunda fərarilik artmağa başladı. Azərbaycan ordusunun həmlələri qarşısında tab gətirə bilməyən düşmən əsgərlərinin silahı atıb qaçmamağı üçün ayaqlarına zəncir bağlamaları azmış kimi, mövqelərini tərk etməsinlər deyə səngəri minalamağa başladılar. Son yayılan kadrlarda yaşı 65-dən yuxarı olan ahılları cəbhəyə göndərən Ermənistan hökuməti digər yandan azyaşlı qız və oğlan uşaqlarına silahla necə davranmağı öyrədir. Görünən odur ki, hakimiyyət uşaqları belə cəbhə bölgəsinə yollamağı düşünəcək qədər qansız, amansızdır.

Xüsusilə bu savaşda Azərbaycan ordusu düşməni ən böyük səhvini etməyə məcbur etdi. Livan, Suriya və digər Yaxın Şərq ölkələrindən gətirdikləri terrorçuları və muzdluları, eləcə də ASALA terror təşkilatının üzvlərinə kilsələri sığınacaq edən Ermənistan illərdir, əsrlərdir uydurduqları yalan, qondarma tarixlərini ifşa etmiş oldular. İnanc yerləri olan kilsəni hərbi obyektə çevirən düşmən, din xadimlərini də bu prosesə cəlb etməklə onların da rəsmi İrəvan üçün işğalçılıq, terrorizm, faşizmin tərkib hissəsi olduqlarını nümayiş etdirdilər.

Əsgər çatışmazlığı səbəbindən Azərbaycan ordusuna, haqq savaşı aparan xalqa qarşı təcavüzün açıq iştirakçısına çevrilən erməni keşişləri xristianlıq pərdəsi altında ölkəsinin çıxartdığı hoqqaların ən bariz nümunəsidir. Ermənistan rəhbərliyi inanc yerləri olan kilsəni hərbi obyektə çevirməklə isə bir daha təsdiq edir ki, onlar üçün müqəddəs heç nə yoxdur.

Dini istismar etməklə “din davası” donu geydirmək istədiyi bu savaşa kilsə adamlarını cəlb edən Paşinyan qorxudan 2 il əvvəl hakimiyyətə göyərçin uçura-uçura gəldiyini belə unudacaq qədər özünü itirib.

Rəylər

OXŞAR XƏBƏRLƏR