Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,61 ABŞ dolları və ya 3,06% artaraq, 87,82 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.