Azərbaycan nefti bahalaşdı

Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti bahalaşıb.
Valyuta.az xəbər verir ki, hərraclarda Azərbaycan neftinin 1 barelinin qiyməti 0,65 ABŞ dolları, yaxud 0,69 % artaraq 88,08 dollar təşkil edib.
“Brent” markalı neftin fevral fyuçersləri 83,46 ABŞ dollarına satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.