Azərbaycan Kubokunda yeni mövsüm başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünə start veriləcək.

Oxu.Az xəbər verir ki, 1/8 finalın ilk oyun günündə 3 görüş keçiriləcək.

Eyni saatda başlayacaq matçlarda “Səbail” MOİK-in, “Turan Tovuz” “Şamaxı”nın qonağı olacaq. I Divizion təmsilçisi və “dənizçilər” indiyədək ölkə kubokunda qarşılaşmayıblar. Şamaxı və Tovuz komandalarının isə kubokda yolları yalnız bir dəfə – yeddi il əvvəl kəsişib.

Günün son oyununda “Qəbələ” aşağı dəstə təmsilçisi “Araz Naxçıvan”ı qəbul edəcək. Bu, iki komandanın Azərbaycan Kubokunda öz aralarında ilk dueli olacaq.

Azərbaycan Kuboku

1/8 final

22 noyabr

14:00MOİK  “Səbail
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabbarov
Binə qəsəbə stadionu.

14:00. “Şamaxı”  “Turan Tovuz
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu.

15:00. “Qəbələ” – “Araz Naxçıvan
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu.

Qeyd edək ki, 1/8 finalın “Sabah” – “Qaradağ Lökbatan”, “Mingəçevir” – “Zirə” və “Kəpəz” – “Sumqayıt” oyunları noyabrın 23-də baş tutacaq.

Rəylər

OXŞAR XƏBƏRLƏR