Azərbaycan komandası afrikalı futbolçusunu vaxtından erkən yola saldı

“Sabah” FK Hendrik Eksteynlə yollarını ayırıb.
Oxu.Az Bakı klubunun rəsmi saytına istinadən xəbər verir ki, CAR-dan olan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
28 yaşlı futbolçu iyunun 28-də iki illik müqavilə bağlamışdı. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, üç ölkə kuboku) üç qola imza atıb.