Azərbaycan İdman Jurnalistlərinin Respublika Toplantısı olacaq

Fevralın 20-də Bulvar otelində Azərbaycan İdman Jurnalistlərinin Respublika Toplantısı keçiriləcək.

“Report”un məlumatına görə, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək mərasim saat 10:00-da başlanacaq.

Dəyirmi masa formatlı tədbirə ölkənin idman mediasının nümayəndələri, idman qurumlarının mətbuat katibləri və veteran jurnalistlər dəvət olunacaqlar. Toplantıda idman mediası üçün aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, rəy və təkliflər dinləniləcək.

Rəylər

OXŞAR XƏBƏRLƏR