Azərbayan hava sərhədlərini BAĞLAYIR? – RƏSMİ CAVAB

Hazırda Azərbaycana hava nəqliyyatı vasitəsilə 29 ölkədən vətəndaşların gəlməsinə icazə verilir. Ölkəyə gələnlər daha çox ərəb və qonşu ölkələrin vətəndaşlarıdır.

Son vaxtlar Gürcüstan və Rusiyada epidemioloji durum gərginləşib. Gürcüstanda gündəlik ölüm sayı 80-nin üzərindədir.

Belə bir şəraitdə sərhədərin bağlanması gündəmə gəlib. Bəzi həkim-mütəxəssislər durumun kritikləşməməsi üçün hava təmasına məhdudiyyət qoyulmasını tələb edirlər.

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski Bizim.Media-ya açıqlamasında bu barədə qərarın Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə biləcəyini deyib.

Operativ Qərargah isə onlara ünvanladığımız sorğunu cavabsız qoyub. 

Xatırladaq ki, bu gündən etibarən daha 13 ölkənin – Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq, Xorvatiya, İslandiya, İtaliya, Latviya, Malayziya, Səudiyyə Ərəbistanı, Yaponiya və Litva vətəndaşları Azərbaycana gələ biləcəklər.

Ümumilikdə 30 yaxın ölkədən Azərbaycana girişə icazə verilməsi həmin ölkələrdə davamlı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə mübarizənin qənaətbəxş olması ilə əlaqəlidir.

Rəylər

OXŞAR XƏBƏRLƏR