Axşam saat 11-dən sonra bu yol bağlı olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti – quraşdırma işlərini davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, hazırlıqlar çərçivəsində aparılan quraşdırma işləri səbəbindən bugün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.

Rəylər

You may also like...