AXCP üzvlərindən Əli Kərimliyə sərt etiraz: Bar qızını bura niyə gətirmisən? – Skandal

AXC-nin 30 illik yubileyi ilə bağlı cəbhəçilər tərəfindən Vidadi Mirkamalın bağ evində təşkil edilən yığıncaqda skandal yaşanıb.

Partiya daxilindən verilən məlumata görə bəzi üzvlər bir müddət öncə kafelərin birində əxlaqsızlıqla məşğul olarkən saxlanılmış, sonradan elə partiyaya qəbul edərək cəbhəçilərin özlərinin “məşhurlaşdırdığı” Fatimə Mövlamovanı orda gördükdən sonra əməlli başlı şok yaşayıb, illərdir partiyada əziyyəti olan digər yoldaşlarının deyil, məhz onun tədbirə dəvət olunmasına elə həyətdəcə etiraz ediblər.

Söhbətin böyüdüyünü görən Əli Kərimliyə yaxın bəzi funksionerlər “Fatiməni şəxsən sədrin özü dəvət edib, səsinizi kəsin” xəbərdarlığı edərək etiraz edənləri susdurmağa çalışmışlar. Bunu eşidən və spirtli içkinin təsiri altında olan yığıncaq iştirakçılarının daha da aqressiv davranmaları vəziyyəti bir az da qəlizləşdirmişdir.

Bu məqamda partiyanın Cəlilabad Rayon Təşkilatının sədri və Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirələmli yumruğunu masaya vurmaqla “bu bar qızını bura niyə çağırmısız, kim dəvət edibsə qələt edib” deyərək tədbiri yarımçıq tərk etmişdir. Hamının gözü qarşısında təhqir olunaraq alçaldılan Fatimə ağlamağa başlamış, Ə.Kərimli və digər üzvlər onu sakitləşdirmişdir.

Mənbənin sözlərinə görə Fatimə Mövlamovaya partiya daxilində “bar qızı” kimi xitab edilir.

Digər məlumata görə bəzi aktiv üzvlər tərəfindən də yığıncağa dəvət olunmamaları etirazla qarşılanmış, onlar sosial şəbəkələrdə yazaraq öz narazılıqlarını dilə gətirmişlər.

 

 

 

Gununnebzi.info

Rəylər

OXŞAR XƏBƏRLƏR