AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmurun səs yazısı yayıldıBütün cəbhəçilərin ədalət anlayışı qüsurludur.

Zümrüd Yağmur illərlə əri tərəfindən döyülməsini və cəbhəçilərin bunu bilə bilə etiraz etmədiklərini təsdiq etdi.

Məlum olduğu kimi bir neçə gün öncə AXCP-nin sədr müavini, Əli Kərimlinin ən yaxın adamlarından biri Fuad Qəhrəmanlının qızı Selcan Yağmur sosial şəbəkələrdə açıq status yazaraq atasını 10 il ərzində onlara şiddət göstərməkdə, anası Zümrüd Yağmurun, bacısı Sənayın sümüklərini sındırmaqda və Əli Kərimlini bütün bunlardan xəbərdar olmaqda, lakin olanlara göz yummaqda ittiham etdi.

Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurdu, bir sıra digər müxalif və bitərəf şəxslər tərəfindən bütün günü hökuməti pisləyən, demokratiya və azadlıqların boğulmasında şərləyən Fuad Qəhrəmanlı, Əli Kərimli və ümumilikdə AXCP ciddi ittiham olundu, hətta onların istefası tələb olundu. Cəbhəçi trollar isə ədaləti müdafiə etmək əvəzinə Fuadı haqlı çıxarıb qarşı tərəfi söyüşlərlə təhqir etdilər.

Sosial şəbəkələrdə yayılmış səs yazısından isə görünür ki, Zümrüd Yağmur cəbhəçiləri ədalətsiz davranmaqda, şiddəti dəstəkləməkdə, onu və azyaşlı övladlarını deyil, sadist Fuad Qəhrəmanlını müdafiə etməkdə günahlandırır və Fuad tərəfindən illərlə onlara əziyyət verilməsini bir daha təsdiqləyir. Səs yazısını təqdim edirik:

Rəylər

OXŞAR XƏBƏRLƏR