AXCP daxilində daha bir şok qalmaqalbu dəfə cəbhəçi Dilarə Miriyeva partiyadakı ədalətsizliyə üsyan etdi: Partiyadan çıxıram, tüpürüm partiyanıza!!!! (səs yazısı)

Əli Kərimlinin cəbhəçiləri ailələrinə çörək pulu qazanmaqdan məhrum edərək məcburi trolluğa cəlb etməsi, öz partiya yoldaşlarına sədaqətsizliyi və dəyər verməməsi növbəti dəfə ifşa olundu.

Məlum olduğu kimi bir neçə gün öncə AXCP daxilində baş verən iyrənc proseslər sosial şəbəkələrin gündəmini bütünlüklə zəbt etdi.

Əvvəlcə Fuad Qəhrəmanlının öz ailəsinə qarşı qeyri-insani və dəhşətli rəftarı,  üzvlərin onu müdafiə edərəkazyaşlı qızını iyrənc üsullarla təhqirləri, onu linc etmələri, daha sonra partiyanın üzvü Rəşid Turabovun digər üzvləri trolluq etmədiklərinə, Əli Kərimlini tərifləyən rəylər yazmadığına görə kəskin danlaması, ondan sonra isə uzun illərdir partiyada xidmət edən nəzarət təftiş komissiyasının sədri Aydın Əliyevə edilən haqsızlıqlar, onun Əli Kərimliyə kəskin etirazı AXCP daxilindəki mühitin iyrənc mənzərəsini bir daha açıq şəkildə ortaya qoydu.

İndi isə daha bir AXCP üzvü Dilarə Miriyevanın sosial şəbəkələrdə səsyazısı yayılmışdır. Səs yazısından görünür ki, Dilarə partiya daxilində edilən haqsızlıqlardan, üzvlərə dəyər verilməməsindən şikayətlənir, ağlayaraq kəskin narazılığını bildirir.

Səs yazısında o, partiya əleyhinə “Nə oldu? Nərmin Xəlil orda, Şəbnəm orda,Türkan orda, Fatimə nə bilim nə orda, hamı orda hamıya yer oldu Dilarə xanıma yer olmadı? Mən özümü sındırmadım, amma mənə bilirsiniz necə təsir edib bu? Əməyimin bəhrəsi bu idi? Siz hələ hakimiyyətə gəlməmisiniz beləsiniz. Hakimiyyətə gəlsəniz məni kimisini, məni şəxsən ortada tryapka kimi qullanıb atacaqsınız. Özünüz istədiklərinizi gətirəcəksiniz vəzifəyə Dilarə xanımın da harda canı çıxır çıxsın. İndiyə qədər nətər idisə elə də sürünsün belə çıxır da. Demək məndən istifadə edin yalandan hakimiyyətə gəlmək üçün sonar da məni qullanın atın, belə çıxır da. Çox təsir edib mənə inanırsınız? Bu gün bütün günü ağlamışam, şəkərim, təzyiqim hara çıxıb bilmirəm. Hamının gətirib üst başa keçirdir Emil Səlimovdu bunun hamısını edən.

Her şeyimi qurban etmişəm bu yolda məni il yarım nəvələrimin üzünə həsrət qoyub qızım bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırıb, gündə oğlumla davadayıq buna görə.

Bir şey olan kimi Emil bir yandan üstümə düşür, Ruslan Əmirli bir yandan, Hüseynağa bir yandan hərəsi bir təlimat verir Dilarə xanım belə elə. Həmən Dilarədi də, siz Dilarəni dəyərləndirmirsiniz? Mən onda tüpürüm sizə, lazım deyil, sizin partiyanıza da her şeyə də. Mən voobşe partiyadan çıxıram mənə lazım deyil bu partiya” kimi şokedici ifadələr işlədir.

Yayılmış səs yazısından bir daha təsdiq olunur ki, doğrudan da AXCP daxilində iyrənc idarəçilik üsulu mövcuddur, heç bir demokratik, ədalətli mühit yoxdur, cəbhəçilər Əli Kərimli tərəfindən yüksək basqıya məruz qoyulmaqla istismar olunur, onlara dəyər verilmir və trolluğa məcbur edilirlər.

Səs yazısını təqdim edirik:

Rəylər

OXŞAR XƏBƏRLƏR